Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftənin sonunda Almaniyaya səfər edəcək.
“RBK-Ukraina” xəbər verir ki, bu, Rusiyanın hərbi müdaxiləsindən sonra onun Almaniyaya ikinici səfəri olacaq.
Məlumata görə, Volodimir Zelenski ziyarətini Münhen Təhlükəsizlik Konfransı ilə eyni vaxta planlaşdırır. Bildirilib ki, konfrans fevralın 16-19-da keçiriləcək.
Münhen Təhlükəsizlik Konfransının təhlükəsizlik üzrə təşkilatçısı Kristof Xoysqen məsələni şərh etməkdən imtina edib. Bununla belə, o, Ukrayna Prezidentinə dəvətnamə göndərildiyini bildirib.