Yerusəlimdə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.
Bildirilib ki, Baş nazir Netanyahu və dövlət katibi Blinken arasında təkbətək görüşü keçirilib və daha sonra geniş tərkibli görüş baş tutub.
Geniştərkibli görüşdə İsrail tərəfdən müdafiə naziri, strateji məsələlər naziri, Milli Təhlükəsizlik Şurasının direktoru, Mossad-ın direktoru, İSA-nın direktoru, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Baş nazirin hərbi katibi, nazirlər kabinetinin katibi və Baş nazirin xarici siyasət müşaviri iştirak edib.