Rusiyada prezident seçkilərində 4 namizəd mübarizə aparacaq

Rusiya prezidenti vəzifəsi uğrunda dörd namizəd mübarizə aparacaq.


Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.


MSK-nın bu gün keçirilən iclasında çıxış edən sədr martın-15-dən 17-dək keçiriləcək Rusiya Federasiyası Prezidenti seçkilərində seçki bülletenlərində dörd namizədin adının olacağını söyləyib.


Bunlar Rusiya MSK tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi təsdiqlənmiş hazırkı prezident Vladimir Putin, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski, Kommunist Partiyasından Nikolay Xaritonov və "Yeni insanlar" partiyasından Vladislav Davankovdur.


Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası müxalif "Vətəndaş Təşəbbüsü" partiyasından Boris Nadejdini və "Rusiya Kommunistləri"nin namizədi Aleksey Malenkoviçi prezidentliyə namizəd kimi qeydə almaqdan imtina edib. Buna onları dəstəkləmək üçün toplanılan imzaların 10 faizdən çoxunun etibarsız olması səbəb olub. Nadejdin MSK-nın müvafiq qərarı ilə bağlı Ali Məhkəməyə müraciət edəcəyini açıqlayıb.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.