Yanvarın 24-də Belqorod vilayətində qəzaya uğrayan İL-76 təyyarəsində heç bir ukraynalı əsir olmayıb.
Ukrayna KİV-i məlumat verir ki, bu barədə ölkənin Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib.
O, bu barədə yayılan məlumatları təkzib edib.
Xatırladaq ki, yanvarın 24-də Belqorod yaxınlığında “İL-76” hərbi-nəqliyyat təyyarəsinin vurulması nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb. Təyyarədə ukraynalı hərbi əsirlərin olduğu qeyd edilib. Rusiya Prezidenti Vladimir Putin təyyarənin ABŞ-ın “Patriot” raketləri ilə vurulduğunu bildirib.