Ukrayna ordusunun yeni baş komandanı əsas vəzifələrini açıqlayıb
YENİLƏNİB

Ukrayna Silahlı Qüvvələrinin yeni təyin olunmuş baş komandanı Aleksandr Sırski öz vəzifəsində yeni vəzifələri açıqlayıb.


Bu barədə general Sırski "Telegram" hesabında paylaşım edib.


"Gündəlikdə yeni vəzifələr var. Bu, ilk növbədə, cəbhənin beynəlxalq tərəfdaşlardan gələn ən son silahlara olan tələbatını nəzərə almaqla, bütün hərbi idarəetmə orqanlarının, birləşmələrin və hissələrin hərəkətlərinin aydın və ətraflı planlaşdırılmasıdır. Döyüş bölmələri üçün lazım olan hər şeyin ən sürətli və rasional bölüşdürülməsi və çatdırılması hərbi logistikanın əsas vəzifəsi idi və qalır. Cəbhənin bütün ehtiyaclarını istisnasız bilmək və onun hər bir bölgəsində vəziyyətdən xəbərdar olmaq bütün səviyyələrdə qərargahların vəzifəsidir. İdeyaların və planların inkişafı və uğurla həyata keçirilməsi üçün həlledici amil hərbi idarənin şəxsi heyətinin ixtisaslı olmasıdır.


Hərbçilərin həyatı və sağlamlığı həmişə Ukrayna Ordusunun əsas dəyəri olub və belədir. Buna görə də, döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bölmələrin bərpası və şəxsi heyətin hazırlığının intensivləşdirilməsi arasında tarazlığın qorunması həmişəkindən daha aktual olaraq qalır.


Yeni texniki həllərin tətbiqi və uğurlu təcrübənin genişləndirilməsi, məsələn, pilotsuz uçuş sistemlərin, müasir radioelektron müharibə vasitələrinin tətbiqi azadlıq müharibəmizdə qələbənin qurulmasının gələcək vektorlarından biridir.


Yalnız döyüş vasitələrinin və üsullarının dəyişməsi və daim təkmilləşdirilməsi bu yolda uğur qazanmağa imkan verəcəkdir.


Amma təbii ki, etibarlı arxa cəbhə müharibədə ümumi uğurun əsas komponentlərindən biridir", - Baş komandan bildirib.

**14:29

Əhali arasında yüksək populyarlığa malik Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı postunda Oleksandr Sırski ilə əvəzlənməsi Prezident Volodimir Zelenski üçün siyasi risklər doğurur.


Bloomberg agentliyinin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski əvəzlənən generalın “komandanın bir hissəsi” olaraq qalmalı olduğunu bildirib, lakin Zalujnının konkret hansı vəzifəni tutacağı hələlik məlum deyil.


Eyni zamanda, agentlik qeyd edir ki, Ukrayna liderinin Silahlı Qüvvələrdə ən təcrübəli komandan kimi xarakterizə etdiyi Oleksandr Sırski hərbçilər arasında geniş dəstəyə malik deyil. Ekspertlərin fikrincə, yeni baş komandan Ukraynanın ən mübahisəli hərbi xadimlərindən biridir və onun təyinatı Volodimir Zelenski üçün riskli addımdır.


Xatırladaq ki, Valeri Zalujnının istefası ilə bağlı xəbərlər yanvarın 29-dan yayılmağa başlayıb. Ukrayna Prezidenti fevralın 8-də axşam saatlarında generalın istefasını və onun yerinə Oleksandr Sırskinin təyin olunduğunu elan edib.


1965-ci ildə Rusiyanın Vladimir vilayətində anadan olan Oleksandr Sırski Moskvada Ali Komandanlıq Məktəbini bitirib. O, Baxmut uğrunda döyüşlərdə Ukrayna qüvvələrinin rəhbəri olub.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.