Çində Yaşıl Əjdaha ili başlayıb

Çində fevralın 10-na keçən gecə Ay təqvimi üzrə Yeni il başlayıb.

 

Senzor.az bildirir ki, Qara Su Dovşanı ilini Yaşıl Taxta Əjdaha ili əvəz edib.

 

Bürcün atributları Çin xronologiyasının tsiklik sistemi ilə əlaqələndirilir, burada ilin simvolu bu və ya digər əsas elementə (od, su, ağac, metal və torpaq) və rəngə (qırmızı, qara, yaşıl, ağ və sarı) uyğun gəlir. Tsikl hər 60 ildən bir təkrarlanır və sonuncu dəfə Yaşıl Taxta Əjdaha ili 1964-cü ildə olmuşdu.

 

Çinlilər adətən Yeni ili və ya Bahar bayramını – Çuntszeni ailə ortamında qeyd edirlər. Evdən kənarda işləyən və ya oxuyanlar ata-anasına, doğmalarına qovuşmaq üçün qısa müddətlik dədə-baba yurdlarına gəlirlər.

 

Yeni il gecəsi çinlilər ənənəvi olaraq bir-birinə yeni geyim, özü də bir qayda olaraq qırmızı rəngdə geyim hədiyyə verirlər. Valideynlər uşaqlara qırmızı zərfdə pul hədiyyə edirlər.

 

Yeri gəlmişkən, onu da qeyd edək ki, əvvəllər Ay təqvimi ilə Yeni ilin ilk günlərini çinlilər evlərində keçirirdilər, mağazalar, restoranlar və əyləncə müəssisələri işləmirdi. Amma indi böyük şəhərlərdə vəziyyət dəyişib, praktik olaraq bütün xidmət sahələri adi günlərdəki kimi işləyir.

 

Ay təqviminin ikinci günü isə Pekində məbəd yarmarkaları fəaliyyət göstərir. Şəhər sakinləri əcdadlarını və ruhları hörmətlə anır, müxtəlif suvenirlər və yeməklər alır, akrobatik nömrələrə və ənənəvi rəqslərə tamaşa edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.