İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "Hizbullah" lideri Həsən Nəsrullahla görüşüb.
"Mehr News" xəbər verir ki, görüş İran XİN rəhbərinin Livana səfəri çərçivəsində baş tutub.
Görüş zamanı bölgədəki hadisələr və Qəzza zolağındakı vəziyyətlə bağlı müxtəlif məsələlər müzakirə edilib.
Görüşdə İranın Beyrutdakı nümayəndəsi Müctəba Əmani də iştirak edib.