Fransanın qərbində yerləşən “Şinon” Atom Elektrik Stansiyasında (AES) iki reaktor yanğın səbəbindən işini dayandırıb.
TASS bildirir ki, bu barədə ölkənin Nüvə Təhlükəsizliyi İdarəsindən məlumat verilib.
“Yanğın nəticəsində üç nömrəli reaktorun əsas xarici enerji təchizatının itirilməsi reaktorun avtomatik dayanmasına səbəb olub”, - rəsmi məlumatda bildirilir.
Yanğının söndürülməsindən sonra istifadə olunan suyun toplanması üçün qonşu dördüncü reaktorun da müvəqqəti söndürüldüyü bildirilir.
Qeyd olunur ki, bu, onun daşmasının və suyun ətraf mühitə yayılmasının qarşısını almaq üçün edilib.