Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ Prezidenti Muhammed bin Zayid Al Nahyan ilə görüşüb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Liderlərin hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.
**12:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rəsmi səfərdədir.
“TRT Haber” xəbər verir ki, onu Dubay hava limanında BƏƏ-nin rəsmi şəxsləri qarşılayıblar.
Prezidenti Türkiyənin xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahreddin Koca, sənaye və texnologiya naziri Mehmet Fatik Kacır və ticarət naziri Ömer Bolat müşayiət edir.
Türkiyə lideri bu gün Dubayda Dünya Hökumətlər Sammitinin fəxri qonağı olacaq. O, sammitdə çıxış edəcək.
R.T.Ərdoğanın BƏƏ Prezidenti Muhammed bin Zayid Al Nahyan və qonaq ölkələrdən olan dövlət və hökumət başçıları ilə görüşü gözlənilir.
Dövlət başçısının BƏƏ-dən Misirə gedəcəyi gözlənilir.
**01:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gedib.
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, Prezident Ərdoğanı Esenboğa hava limanında Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.
Qeyd olunub ki, Ərdoğan ilə birlikdə xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və ticarət naziri Ömər Bolat da BƏƏ-yə səfər ediblər.