Livandan İsrailin şimalına raket atılıb, ölən və yaralananlar var.
"Times of Israel" xəbər verir ki, Livandan atılan raket nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Bildirilib ki, raket vurulmuş binada bir qadının meyiti aşkarlanıb.
İsrail Müdafiə Qüvvələri (IDF) Livandan Şimal Komandanlığının Safeddəki qərargahına raketlərin atıldığını təsdiqləyib.
"Livandan Netua, Manara ərazilərinə və İsrailin şimalındakı İDF bazasına çoxlu raket atışları qeydə alınıb", - IDF bildirib.
Raketin "Hizbullah" tərəfindən atıldığı güman edilir.