Fələstin Prezidenti Mahmud Abbas HƏMAS-ı Qəzza zolağında vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün İsraillə tezliklə girov və əsirlərin mübadiləsinə dair razılığa gəlməyə çağırıb.
Bu barədə yerli KİV məlumat yayıb.
“HƏMAS-ı Fələstin xalqını fəlakətdən xilas etmək və İsrailin Rəfah şəhərini işğal etməsinə imkan verməmək üçün məhbus mübadiləsi sazişini qısa zamanda tamamlamağa çağırırıq”, - M.Abbas deyib.
O, həmçinin ABŞ administrasiyasını və ərəb ölkələrini anlaşmanın mümkün qədər tez əldə olunması üzərində və Fələstin xalqının dağıdıcı müharibənin bəlasından qorunmasını təmin edəcək şəkildə ciddi işləməyə çağırıb.