Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə raket zərbələri nəticəsində ölənlərin sayı 9-a çatıb.
Rusiya mətbuatı xəbər verir ki, raketlərdən biri ticarət mərkəzinə, biri isə məktəb stadionuna düşüb, eyni zamanda evlər zədələnib.
Ölənlər arasında biri azyaşlı olmaqla, iki uşaq var.
**
Ukrayna Silahlı Qüvvələrinin raket zərbələri nəticəsində Rusiyanın Belqorod şəhərində ölən altı nəfərdən biri uşaqdır.
Yerli KİV xəbər verir ki, raket zərbələri nəticəsində 16 nəfər yaralanıb. Yaralılardan 6-sı ağır durumdadır.
Vəziyyətlə əlaqədar Belqorod şəhərində və Belqorod rayonunda əhaliyə raket təhlükəsi barədə xəbərdarlıq edilib, onlara evlərindən və sığınacaqlardan çıxmamaq tövsiyə olunub.
Rusiya Müdafiə Nazirliyi Belqorod vilayəti üzərində Ukrayna tərəfindən atılmış 14 reaktiv mərminin vurulduğunu açıqlayıb.
**
Rusiyanın Belqorod vilayətinə raket hücumu olub.
Rusiya KİV xəbər verir ki, raket ticarət mərkəzinin yaxınlığına düşüb.
Nəticədə 6 nəfər həlak olub, 10 nəfər yaralanıb.(APA)