Almaniya və Ukrayna təhlükəsizlik öhdəlikləri və uzunmüddətli dəstək haqqında ikitərəfli saziş imzalayıblar.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, sənədi Almaniya kansleri Olaf Şolts və Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıblar.
**15:53
Ukrayna Prezidenti Volodimir Zelenski Münxendə Almaniya kansleri Olaf Şoltsla görüşüb.
Bu barədə Ukrayna Prezidentinin ofisindən bildirilib.
Liderlərin Almaniyanın Ukraynaya dəstəyini, həmçinin Kiyevin Avropa İttifaqına və NATO-ya üzvlüyünü müzakirə etdikləri bildirilib.
Ukrayna və Almaniya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.
Qeyd edək ki, V.Zelenski Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir. Onun digər hökumət və dövlət başçıları ilə də görüşü gözlənilir.
**13:47
Ukrayna Prezidenti Vladimir Zelenski Berlinə gedib.
"Unian" xəbər verir ki, o, Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.
O həmçinin, Kansler Olaf Şoltsla və Prezident Frank-Valter Ştaynmayerlə görüşəcək.
Bundan sonra onun Fransaya səfəri və Fransa lideri Emmanuel Makronla görüşü nəzərdə tutulub.