“Avropa İttifaqı hələ də Rusiya aktivlərinin Ukraynaya köçürülməsi üçün qanuni yol tapmayıb. Sanksiyaların arxitekturası düzgün işləmir və bu istiqamətdə fəaliyyət gücləndirilməlidir”.
Bunu Litva Prezidenti Qitanas Nauseda Münhen Təhlükəsizlik Konfransında deyib.
“Rusiyaya qarşı beynəlxalq sanksiyalar faydasızdır və onun iqtisadiyyatına çox məhdud təsir göstərib. Makroiqtisadi göstəricilərdən də göründüyü kimi, bunu qəbul etmək lazımdır”, - o bildirib.
Prezident Ukraynaya kömək etmək üçün müsadirə olunmuş Rusiya aktivlərindən necə istifadə etmək barədə mümkün qədər tez qərar qəbul etməyə çağırıb.
O qeyd edib ki, Avropa İttifaqı hələ də bu vəsaitlərlə nə edəcəyini bilmir.