Fransanın hazırlanma mərhələsində olan ən müasir kamikadze dronları Ukraynaya təhvil veriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.
“Çox güman ki, 2024-cü ildə yeni hərbi imkanlar baxımından böyük uğurlar görəcəyik. Belə nümunələrdən biri yeni nəsil kamikadze dronların hazırlanmasına aiddir. Bu layihə hazırda sınaq mərhələsindədir. Ukrayna yaxın həftələrdə bu dronları alan ilklərdən biri olacaq”, - nazir bildirib.