Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib.
Xarici KİV xəbər verir ki, NATO-nun Alyansın gücünü sınamaq niyyətində olan çox aqressiv qonşusu var:
“Biz buna hazırlaşmalıyıq. İkinci Pearl Harbor anını gözləyə bilmərik”.
Nazir xatırladıb ki, Yaponiyanın 1941-ci il dekabrın 7-də Havaydakı Pearl Harbordakı ABŞ hərbi dəniz bazasına qəfil hücumu nəticəsində 2000-dən çox insan həlak olub.
Q.Landsberqis Qərbi Rusiyanın hücumuna məruz qalan Ukraynaya daha çox hərbi yardım göstərilməyə və xüsusən də uzaq mənzilli “Taurus” qanadlı raketlərinin tədarükünə çağırıb.
Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.
Daha əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. NATO-nun Baş katibi Yens Stoltenberq isə Rusiya iqtisadiyyatının uzunmüddətli müharibəyə hazırlandığı barədə açıqlama verib. Həmçinin NATO-nun müdafiə naziri Byorn Arild Qram da Rusiya ilə müharibəyə hazır olmaq barədə xəbərdarlıq edib.Estoniya kəşfiyyatı isə məlumat yaymışdı ki, Rusiya nə qədər lazımdırsa, müharibəni uzatmağa hazırdır.