Türkiyənin milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ankara səmasında reallaşan uçuş uğurla başa çatıb.
Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə bu təyyarələri ABŞ-ın F-35 qırıcılarına alternativ olaraq istehsal edib.
Xatırladaq ki, Rusiya “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. Həmçinin, Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.