Niderlandın Loxem şəhəri yaxınlığında tikilməkdə olan körpünün uçması nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Bu barədə yerli hakimiyyət “X” sosial şəbəkəsində məlumat yayıb.
“Körpünün tikintisi zamanı insident baş verib”, - məlumatda qeyd edilib.
Bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.