Qərb son iki ildə Ukraynaya 130 milyard avrodan çox vəsait ayırıb

Avropa İttifaqı 24 fevral 2022-ci ildən Ukraynaya 130 milyard avrodan çox yardım proqramları ayırıb.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel məlumat verib.

“24 fevral 2022-ci ildən biz Ukraynaya dəstək üçün 82 milyard avro və ya 83 milyard avro ayırdıq. Daha 50 milyard avro əlavə makromaliyyə yardım paketinə daxildir”, - o, Rada telekanalında deyib.

Daha əvvəl Ukrayna iqtisadiyyat nazirinin müavini Aleksey Sobolev məlumat vermişdi ki, Kiyev fevralın 1-də Avropa İttifaqının sammitində təsdiq edilmiş 50 milyard avro dəyərində yeni dördillik dəstək proqramı çərçivəsində 2024-cü ildə 18 milyard avro almağı planlaşdırır.

Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqına dörd il müddətinə iqtisadi islahat planı təqdim edəcək və onun icrası hər rüb Avropa Komissiyası tərəfindən yoxlanılacaq. Eyni zamanda, xüsusi yaradılmış audit şurası Ukrayna hakimiyyətinin alınan pulları dəqiq necə idarə etməsinə nəzarət edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.