Makron G7 sammitində iştirakdan imtina etdi – FERMERLƏRİN SƏRGİSİNDƏ ETİRAZLA QARŞILANDI

Fransa prezidenti Emmanuel Makron G7 sammitində iştirakdan imtina edib.

 

Senzor.az bildirir ki, bu barədə “La Repubblika” qəzeti məlumat yayıb.

 

Məlumata görə, Makron fermerlərin etirazları ilə bağlı daxili işlərlə məşğul olduğu üçün sammitdə iştirakdan imtina edib.

 

Yeri gəlmişkən, Fransada fermerlər sərgiyə gələn Makrona etiraz ediblər. Belə ki, Paris kənd təsərrüfatı sərgisinin ərazisinə daxil olan fermerlər “Makron istefa ver” şüarı səsləndirərək, lazım gələrsə, Makronu öz əlləri ilə yarmarkadan uzaqlaşdıracaqlarını deyiblər. 

Əraziyə xüsusi polis dəstələri gətirilib. Fəallarla polis arasında qarşıdurma yaranıb, bəzi fermerlər saxlanılıb. Polis etirazçılara bibər qazı ilə müdaxilə edib.

 

Fermerlər Fransa prezidentindən ölkədəki “kənd təsərrüfatı böhranı”nı dərk etməsini və ona çarə tapmasını istəyirlər.

 

Xatırladaq ki, fransalı fermerlər əsasən gəlirlərinin aşağı olmasına, sərt bürokratiya qaydalarına və ədalətsiz rəqabət mühitinə etiraz edirlər.

 

Onlar bu ayın əvvəlində də etiraz aksiyası keçirərək magistral yolları bağlayıb və ictimai binaların qarşısını çirkləndiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.