ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns fevralın 22-də Ukraynaya gizli səfər edib.
Bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Bildirilib, bu, 2022-ci ilin fevralında münaqişənin başlanmasından bəri Börnsün Ukraynaya 10-cu səfəridir.
Səfərdə məqsəd ABŞ Nümayəndələr Palatasının Kiyevə əlavə maliyyə yardımını təsdiqləməməsi fonunda Ukrayna rəhbərliyini sakitləşdirmək olub.
Senzor.az xatırladır ki, ABŞ Konqresi 2023-cü ilin oktyabrından Ukraynaya yeni yardım paketini təsdiq edə bilmir. Bu səbəbdən dekabrın sonundan ABŞ Kiyevə silah və sursat, o cümlədən artilleriya mərmiləri verməyi dayandırıb.