Fransanın mərkəzindəki Puy-de-Dom departamentində qar uçqunu nəticəsində bir neçə xizəkçi həlak olub.
Bu barədə "France Bleu" radiostansiyası məlumat yayıb.
Məlumata görə, 9 nəfərlik qrupdan 4-ü qar uçqunu altında qalıb, qrup üzvlərindən həmçinin 3-ü yüngül xəsarət alıb. Digər iki nəfərə isə heç nə olmayıb.
Ölənlərdən birinin qrupu müşayiət edən bələdçi olduğu bildirilir.