Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Fransaya səfər edəcək.
"France 24" xəbər verir ki, bu barədə Fransa Prezidentinin ofisi məlumat yayıb.
Bildirilib ki, Al Tani fevralın 27-28-də Parisdə səfərdə olacaq. Məlumata görə, Emmanuel Makron və Şeyx Təmim bin Həməd Al Tani Qəzzada davam edən böhranı müzakirə edəcək.
İki liderin HƏMAS tərəfindən saxlanılan israilli girovları azad etmək və müharibədən zərər çəkmiş Qəzza zolağı üçün davamlı atəşkəs razılaşması əldə etmək cəhdlərini bir daha bəyan edəcəyi bildirilib.
Qeyd edək ki, bu, son 15 ildə Qətərdən Fransaya ilk dövlət səfəridir.