Ukraynaya Avropa İttifaqı (Aİ) və ya NATO ölkələrindən hərbçi göndərilməyəcək.
APA xəbər verir ki, Almaniya Kansleri Olaf Şolts Frayburq şəhərinə səfəri zamanı jurnalistlərə müsahibəsində bildirib.
Almaniya hökumətinin rəhbəri Fransa Prezidenti Emmanuel Makronun Ukraynada NATO əsgərlərinin iştirakı ilə bağlı bəyanatını təkzib edərək bildirib ki, bu, baş verməyəcək.
Şolts qeyd edib ki, Makron Alyansın Qərb qüvvələrinin komandanı deyil və Ukrayna ərazisinə quru qoşunlarının və ya digər hərbi birləşmələrin hərbçilərinin göndərilməsi ilə bağlı mülahizələri rədd edib.