Keçmiş SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, SSRİ-nin sonuncu baş naziri 95 yaşında vəfat edib.
Qeyd edək ki, Nikolay Rıjkov 1929-cu il sentyabrın 28-də Ukraynada anadan olub. 1985-1991-ci illərdə keçmiş SSRİ Nazirlər Sovetinin sədri işləyib. O, Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun ən yaxın adamı olub. 2019-cu ildə Rusiyanın Əmək Qəhrəmanı adına layiq görülüb. Rusiya Krımı ilhaq etdiyi üçün Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və başqa ölkələrin tətbiq etdiyi sanksiyaya o da məruz qalıb.