Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell səhhətində yaranan problemə görə Avropa Parlamentinin iclasında iştirak etməyib.
Bu barədə Aİ-nin Ali Nümayəndəsi "X" hesabında bildirib.
"Təəssüf ki, səhhətimdə yaranan kiçik problemə görə Avropa Parlamentində bu həftə keçiriləcək müzakirələrini buraxmalı oldum və həkimlər mənə ictimai tədbirləri bir neçə gün təxirə salmağı məsləhət görüblər. Tezliklə tam cədvəlimi bərpa etməyi səbirsizliklə gözləyirəm", - Borrell paylaşımında qeyd edib.