Roma Papası Fransisk xəstəxanaya yerləşdirildi

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk xəstəxanaya yerləşdirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, Papa Fransisk İtaliyanın paytaxtı Romadakı “Gemelli - Isola Tiberina” xəstəxanasında bəzi diaqnostik testlərdən keçib.

 

Pontifikin martın 2-si Vatikanın Apostol Sarayında Almaniya Kansleri Olaf Şoltsla görüşdə iştirak edəcəyi bildirilib.

 

Qeyd edək ki, bir müddətdir Roma Papasının səhhətində problem yaranıb. Qripə yoluxan pontifikin son günlərdəki bütün görüş və tədbirləri ləğv olunub. Bugünkü görüşdə isə onun iştirakçılara müraciətini Vatikanın əməkdaşı oxuyub.

 

87 yaşlı Papa Fransisk indiyədək üç dəfə, bu il isə iki dəfə xəstəxanaya yerləşdirilib. O, kəskin və yoluxucu bronxit olduğunu bildirib. Ağciyər iltihabından əziyyət çəkən Roma Papası səhhətindəki problemlə əlaqədar Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitində iştirak etməyib. 

 

Onu da qeyd edək ki, pontifik diz ağrısı səbəbindən bir müddətdir uzun səfərlər zamanı əlil arabasından istifadə edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.