Pakistan Milli Assambleyası martın 3-də ölkənin yeni baş nazirini seçəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Assambleya məlumat yayıb.
Qeyd olunub ki, bu vəzifə uğrunda iki namizəd - Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif və Ədalət Hərəkatının funksioneri Ömər Əyyub Xan mübarizə aparır.