Qırğızıstanda ölünün yandırılmasına icazə verildi – ŞƏHƏRLƏRDƏ KREMATORİYALAR TİKİLƏCƏK

Qırğızıstanın şəhərlərində dövlət krematoriyaları tikiləcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Joqorku Keneşin (dövlət qanunverici orqanı - red.) deputatı Marlen Mamatəliyev məlumat verib.

 

O, krematoriyalarla bağlı bəndin bu yaxınlarda qəbul edilmiş “Dəfn və dəfn işləri haqqında” Qanunda olduğunu bildirib.

 

“Bizdə elə insanlar var ki, öldükdən sonra yandırılmalarını istəyirlər. Yeni qanun krematoriyaların tikilməsini nəzərdə tutur. Onlarda təkcə insanların cəsədlərini deyil, bəzi xəstəlikləri olan ölü heyvanları da yandıracaqlar”, - deyə deputat əlavə edib.

 

Onun sözlərinə görə, krematoriyalar dövlət hesabına və yalnız şəhərlərdə tikiləcək, lakin hələlik dəqiq sayı məlum deyil.

 

“Altı ay ərzində əlavə hüquqi akt və qaydalar qəbul ediləcək. Şəxsin yandırılması proseduru müəyyən yoxlamadan keçir. Krematoriyaların işinə dövlət qurumları nəzarət edəcək”, - Mamatəliyev qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.