Bu gün səhər saatlarından etibarən İranın bütün əyalətlərində Dini Ekspertlər Şurası Məclisinə (Məclise-Şuraye-Xübreqan) və İran Məclisinə seçkiyə start verilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, artıq İranın ali dini rəhbəri Seyid Əli Xamenei də seçkidə iştirak edib.
İran Seçki Qərargahının məlumatına görə, seçki məntəqələri 10 saat işləyəcək.
Məlumat üçün əlavə edək ki, İranda Dini Ekspertlər Şurasına seçkilər hər səkkiz ildən bir keçirilir.
**01:04
Martın 1-də İranda Ekspertlər Şurasına 6-cı çağırış və İslam Şurası Məclisinə (Parlament) 12-ci çağırış seçkiləri keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, seçkilərdə namizədliyi irəli sürülən 24 829 nəfərdən 12 033-nün namizədliyi qeydə alınıb. Onlar 290 yer uğrunda mübarizə aparacaqlar.
İranda 61 milyon 172 min 298 nəfər səsvermə hüququna malikdir. Ölkədə səsvermə hüququ olan kişilərin sayı 30 milyon 945 min 13, qadınların sayı isə 30 milyon 227 min 165 nəfərdir.
Seçici hüququ olan 3,5 milyon seçici ilk dəfə (18 yaş və yuxarı) səs verir.
Ekspertlər Şurasında isə 88 yer üçün 144 din xadimi mübarizə aparır.
Bu seçkilər üçün İranda təxminən 59 min seçki məntəqəsi yaradılıb.
Qeyd edək ki, çoxsaylı siyasi qüvvə və fəallar seçkiləri boykota çağırış ediblər.