ABŞ senatorları F-16-ların Türkiyəyə satışını əngəlləməkdən imtina ediblər.
Bu barədə ”Röyters” xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, ABŞ Senatı respublikaçı senator Rand Polun Türkiyəyə 23 milyard dollar dəyərində F-16 döyüş təyyarələri və modernizasiya dəstlərinin satışını dayandırmaq təklifini səs çoxluğu rədd edib.
Rand Polun təklifinə 79 nəfər qarşı çıxıb. Onun qətnaməsinin lehinə cəmi 13 nəfər səs verib.
Qeyd edək ki, Türkiyə bu qırıcıları və modernləşdirmə dəstlərini almaq üçün 2021-ci ilin oktyabrından müraciət edib.