Fransa “Kənd koordinasiyası” adlı fermerlərin həmkarlar ittifaqı hökumətin siyasətinə etiraz olaraq Parisdə Zəfər tağı yaxınlığında aksiya keçirir.
Yerli KİV xəbər verir ki, bu barədə həmkarlar ittifaqı sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd edilib ki, tağın yerləşdiyi Şarl de Qol meydanında hazırda 150-yə yaxın fermer var. Fermerlər Zəfər tağına gedən yolları bağlamışdılar. Daha sonra hüquq-mühafizə qüvvələri vəziyyətə müdaxilə edib və hadisə yerinə jandarmlar gəlib. Həmkarlar ittifaqı rəhbərlərindən biri “qadağan olunmuş toplantı təşkil etdiyinə və nəqliyyatın hərəkətini pozduğuna” görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Zəfər tağı ətrafında nəqliyyatın hərəkəti bərpa edilib.