Türkiyənin Denizli şəhərində yerləşən Pamukkale Universitetinin Xəstəxanasına silahlı hücum olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin girişindəki yeməkxanaya naməlum iki şəxs tərəfindən atəş açılıb. İlkin məlumata görə, 7 nəfər yaralanıb.
Hadisə yerinə çox sayda polis qrupları cəlb edilib. Atəş açanlar qaçıblar və onların axtarışları davam edir.
Xəsarət alan 7 nəfərə xəstəxanada tibbi yardım göstərilib. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə ilə bağlı istintaq işi başlanılıb.