Ərdoğan Antalyada Orbanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan III Antalya Diplomatik Forumu çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edib.

 

Bu barədə “Anadolu” məlumat yayıb.

 

“Görüş zamanı Türkiyə və Macarıstan münasibətləri, İsrailin Fələstin xalqına hücumları, Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyəti, Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər və NATO-nun genişlənməsi prosesi müzakirə edilib”, – agentlik qeyd edib

 

Ərdoğanın sözlərinə görə, “Türkiyə ilə Macarıstan arasında əlaqələr bir çox sahələrdə – enerjidən nəqliyyata, iqtisadiyyatdan müdafiə sənayesinədək möhkəmlənməyə davam edəcək”.

 

Türkiyə lideri həmçinin bütün ölkələrin “İsrailin Qəzza zolağında soyqırımı cəhdinin qarşısının alınması” öhdəliyi götürməsinin vacibliyini vurğulayıb.

 

O bildirib ki, Türkiyə bütün münaqişələr kontekstində sülhün tərəfdarıdır və nizamlanmasına kömək etmək üçün qətiyyətli addımlar atmağa davam edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.