İranın Sistan və Bəlucistan əyalətinin 11 yaşayış məntəqəsi sel sularına qərq olub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, 270 ailə müvəqqəti sığınacağa yerləşdirilib.
Məlumatda o da vurğulanır ki, daşqınlardan zərər çəkən bir sıra təsərrüfat obyektlərinə yaxınlaşmaq mümkün olmayıb.