Ankaranın İrəvanla münasibətlərinin normallaşdırılması ilə bağlı növbəti görüşün keçirilməsi barədə qərar qəbul edilib.
RİA-Novosti bildirir ki, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç deyib.
“Görüş olacaq, biz qərar vermişik. Tarixi və yeri barədə razılığa gəlinəcək”, - deyə Kılıç vurğulayıb.
O, həmçinin iki ölkə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı məsələyə münasibət bildirərək, bu istiqamətdə hələlik irəliləyiş olmadığını söyləyib.