"Hizbullah" milisi döyüşçülərinin Qərbi Qalileydəki yaşayış məntəqələrinə hücumundan sonra İsrail artilleriyası Livan ərazisini intensiv atəşə tutub.
Bu barədə "Al Wataniya" məlumat yayıb.
Məlumata görə, İsrail əsgərləri Vazzani çayı vadisində Livan kəndlərinə zərbələr endirərkən fosforlu sursatlardan istifadə ediblər: "Nəticədə bəzi yerlərdə zeytun bağları və meşə plantasiyaları yanıb. Dinc sakinlər arasında itkilər var.
Zərbələrə məruz qalan əraziyə Livan Qızıl Xaç Cəmiyyətinin təcili yardım maşınları göndərilib".