İsrail HƏMAS-la danışıqlar aparmaq üçün Qahirəyə nümayəndə heyəti göndərməkdən imtina edib.
Bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Belə ki, İsrail HƏMAS-dan bütün girovların siyahısını və onların necə mübadilə olunacağına dair aydın məlumat istəyib. Lakin HƏMAS İsrail tərəfinin bu istəyini rədd edib.
"Beləliklə, İsrail bu gün Qahirəyə öz nümayəndə heyətini göndərməyəcək", - mesajda qeyd olunub.