Zelenski: ABŞ və Avropa İran “Şahid”lərinə uduzmamalıdır - “ƏKS TƏQDİRDƏ...”

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlarını Rusiyanın Ukraynanı yaşayış məntəqələrini atəşə tutmasına sərt reaksiya verməyə, həmçinin ABŞ və Avropanın “İran “Şahid”lərinə və ya Rusiya qırıclarına uduzmasına” imkan verməməyə çağırıb.

 

Bu çağırışları dövlət başçısı ənənəvi videomüraciətində edib.

 

“Bütün liderlər, bütün beynəlxalq təşkilatlar Rusiyanın hərəkətlərinə reaksiya verməlidir. Və sərt reaksiya verməlidir. Putinə heç bir sülh lazım deyil – o, yalnız müharibə və ölüm istəyir. Kimi öldürməsi vecinə deyil. Əsas məqsəd yox etməkdir: əvvəlcə Ukrayna və ukraynalıları, sonra sizi, əziz tərəfdaşlar. Buna görə də bu, sağqalma məsələsidir – sadəcə Ukraynanın deyil, dünya Rusiya şərinə reaksiya verməli və təzyiq etməlidir – təzyiq etməli, cavab olaraq vurmalıdır”, – deyə ölkə başçısı bəyan edib.

 

Zelenski vurğulayıb ki, təkcə son bir həftədə rusiyalılar Ukraynaya qarşı, demək olar, 400 ədəd idarəolunan aviabombadan, 50-dən çox “Şahid” və 40-dan çox raketdən istifadə ediblər: “Avropanın heç bir dövləti təkbaşına belə təzyiqlərə, bu cür şərə tab gətirə bilməzdi. Buna görə də indi hamımızın – həyata dəyər verən və bu terrorun başqa xalqların evinə gəlməsini istəməyən hər kəsin – birgə olması vacibdir.

 

Ukrayna hərbçilərinin təkcə bu həftə yeddi, fevralın əvvəlindən isə 15 Rusiya hərbi təyyarəsini vura bildiyini vurğulayan Prezident bunu Rusiya itkilərinin “düzgün dinamikası” adlandırıb: “Bu müharibə məhz Rusiya üçün, xüsusən də terrorçular üçün ümidsizliyə çevrilməlidir. Onlar maksimum dərəcədə hiss etməlidirlər ki, həyatı məhv etmək istəyənləri məhv edən qüvvə var. Biz bunu təmin etməyə qadirik".

 

Onun sözlərinə görə, tərəfdaşlar Ukraynanın ehtiyaclarını bilirlər. Siyasətçinin fikrincə, bunları təmin etmək üçün siyasi iradə olmalıdır: “Bu baş verməsə, Amerika və ya Avropa İran “Şahid”lərinə və ya Rusiya qırıcılarına uduzsa, bu, tarixin ən biabırçı səhifələrindən birinə çevriləcək”.

 

“Biz həyati önəm daşıyan tədarükləri gözləyirik, xüsusən də Amerikanın qərarını gözləyirik. Dəstəyə həqiqətən ehtiyac var”, – Zelenski deyib.

 

“Report” xatırladır ki, son günlər Rusiyanın Ukraynanın yaşayış məntəqələrinə qarşı hücumları kəskinləşib. Təkcə Odessa şəhərinə edilmiş son dron hücumunda 12 dinc sakin ölüb.

 

Zelenskinin haqqında bəhs etdiyi “Amerikanın qərarı” isə, çox güman ki, Ukraynaya 60 milyard dollar məbləğində yardımı ehtiva edən və qəbulu gözlənilən qanun layihəsidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.