Miqrantların Aİ ölkələrindən deportasiyası artıb

2022-ci illə müqayisədə Avropa İttifaqı ölkələri 2023-cü ildə daha çox miqrantı deportasiya edib.


"Welt" xəbər verir ki, bu barədə Avropa İttifaqının daxili işlər üzrə komissarı İlva Yohansson Aİ ölkələrinin daxili işlər nazirlərinin Brüsseldə keçirilən iclasından əvvəl deyib.


O bildirib ki, Aİ ölkələrindən deportasiya olunanların sayı 15 faiz artıb.


"Səbəb üzv dövlətlər arasında əməkdaşlığın daha yaxşı olmasıdır. Aİ ölkələri 2023-cü ildə öz ölkələrinə əvvəlki ilə nisbətən xeyli çox miqrant deportasiya edib. Deportasiyaların sayı 15 faiz artıb. Dövlətlər öz deportasiya qərarlarını daha tez-tez Şengen İnformasiya Sisteminə daxil edirlər", - Aİ komissarı deyib.


Qeyd edək ki, Şengen İnformasiya Sisteminin məqsədi deportasiyanın bütün üzv dövlətlərdə tətbiq edilməsini təmin etməkdir. Sığınacaq axtaran şəxs Almaniyada rədd edilsə, lakin Fransada tapılarsa, o, oradan birbaşa gəldiyi ölkəyə də göndərilə bilər. Şengen İnformasiya Sistemi 2023-cü ilin mart ayından istifadə olunur.


Xatırladaq ki, Aİ statistikasına görə, 2022-ci ildə təxminən 96 800 nəfər Aİ-dən kənar ölkələrə geri göndərilib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.