Belçikanın paytaxtı Brüsseldə konsert zalında terror aktı planlaşdıran 4 silahlı həbs edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə krallığın prokurorluğu məlumat yayıb.
"Belçika polisinin Brüsseldə keçən həftəsonu həbs etdiyi dörd şübhəli konsert zalında terror aktı törətməyi planlaşdırırdı. Polisin fəaliyyəti sayəsində terror aktının qarşısı alınıb. Hücumun bir neçə həftə ərzində baş verəcəyi gözlənilirdi", - prokurorluğun bəyanatında deyilir.