Ukrayna Qara dənizdə Rusiyanın “Sergey Kotov” adlı hərbi gəmisini vurub.
UNIAN xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov bildirib.
Məlumata görə, “Sergey Kotov” 2017-ci ildən xidmətdədir, müasir gəmilərdən sayılır, dəyəri 60 milyon dollardan artıqdır.
**
Ukraynanın dəniz dronlarının hücumu nəticəsində Rusiyanın Krım sahillərindəki kateri batıb.
Bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, “Sergey Kotov” hərbi kateri dəniz PUA-larının gecə hücumlarının hədəfi olub.
Katerin şəxsi heyətinin taleyindən hələ ki xəbər yoxdur.