Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı aparıb.
Senzor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
İkitərəfli münasibətlər və regiondakı vəziyyət müzakirə edilib.