Rusiyanın Tuva Respublikasında istilik elektrik stansiyasında (İES) partlayış olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə respublikanın başçısı Vladislav Xovalıq məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 18 nəfər yaralanıb: “6 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti orta-ağır, daha üç nəfərin vəziyyəti isə qənaətbəxşdir. Bütün yaralılar xəstəxanalara çatdırılıb. 3 nəfər itkin düşmüş hesab olunur”.