Odessa: Zelenski Yunanıstanın Baş naziri ilə görüşərkən partlayış baş verdi - VİDEO

Odessada Ukrayna Prezidenti Volodimir Zelenski ilə Yunanıstan Baş naziri Kiriakos Miçotakis arasında keçirilən görüş zamanı Rusiya şəhərə raket zərbəsi endirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna lideri birgə brifinq zamanı məlumat verib.

 

“Biz bu zərbəni bu gün gördük. Onlar haranı vuracaqlarına əhəmiyyət vermirlər - hərbçilər, yoxsa mülki şəxslər... Mən bilirəm ki, bu gün itkilər olub, hələlik bütün təfərrüatı bilmirəm, amma bilirəm ki, ölən və yaralananlar  var", - Zelenski vurğulayıb.

 

Miçotakisin sözlərinə görə, onlar hücum zamanı Odessa dəniz limanında olublar. Zelenski və əməkdaşları limanı göstərərək, onun əhəmiyyətindən, habelə mülki gəmilər üçün dəniz dəhlizinin imkanlarını genişləndirmək üçün nəyin lazım olmasından danışıblar.

 

"Artıq sonda sirenaların səsini eşitdik və bizə çox yaxın ərazidə partlayışlar oldu. Mühafizə olunan bir yerə getməyə vaxtımız olmadı. Ona görə də bu, çox təsiredici təcrübədir. Biz başa düşürük ki, bu müharibə hər kəsi narahat edir. Bu müharibədən kənarda qalan insanlar yoxdur. Bu müharibə heç kimə rəhm etmir", - yunan Baş nazir bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.