İsveçin NATO-ya daxil olması ilə bağlı protokol cümə axşamı rəsmi olaraq qüvvəyə minib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“2024-cü il martın 7-də İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib, müvafiq olaraq, protokol 2024-cü il martın 7-də qüvvəyə minib", - ABŞ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bundan əvvəl Ağ Ev İsveçin martın 7-də NATO-ya üzv olacağını açıqlamışdı. Eyni zamanda, martın 11-də NATO-nun Brüsseldəki mənzil-qərargahında ölkənin bayrağı qaldırılacaq.
**18:06
“NATO baş katibi Stoltenberq məni indicə məlumatlandırdı ki, NATO-ya üzv bütün dövlətlər bizim qoşulma protokolumuzu qəbul edib və İsveçi Şimali Atlantika Müqaviləsinə qoşulmağa dəvət edib. İsveç tezliklə NATO-nun 32-ci üzvü olacaq”.
Bu barədə İsveç Baş naziri Ulf Kristersson "X" səhifəsində paylaşım edib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti bu gün İsveçin NATO-ya üzvlüyü barədə protokolun qüvvəyə mindiyini açıqlayıb.