Macarıstan yaxın vaxtlara qədər Brüsseldə saxlanılan 30 milyard forinti (75 milyon avrodan çox - Qeyd) Avropa İttifaqından alıb.
Bu barədə Macarıstanın maliyyə naziri Mixay Varqa bildirib.
Onun sözlərinə görə, vəsait Aİ-nin Birlik Fondundan daxil olub: “Bu vəsait ətraf mühit və enerji səmərəliliyi üzrə əməliyyat proqramı çərçivəsində, yaşıl və rəqəmsal keçidinə yönəlmiş sərmayələr üçün istifadə olunacaq”.
Nazir aydınlaşdırıb ki, Macarıstanın 2021-2027-ci illər üçün Birlik Fondundan cəlb etdiyi vəsaitin ümumi həcmi artıq 1,22 milyard avro təşkil edir.
Beləliklə, Macarıstan toplanan vəsaitin həcminə görə Aİ üzvlərinin əksəriyyətini qabaqlayır. Aİ-nin Ətraf Mühit və Enerji Səmərəliliyi Proqramı da Regional İnkişaf Fondundan maliyyələşdirilir.
Dekabrın 13-də Avropa İttifaqı birlik fondundan Macarıstana 10,2 milyard avro köçürəcəyini açıqlayıb.