Türkiyədə terror təşkilatları üzvlərinə qarşı əməliyyatlar davam edir.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün “X” sosial şəbəkə hesabında yazıb.
Nazir bildirib ki, polis tərəfindən İstanbul və Eskişehirdə keçirilən əməliyyatlarda 20 nəfər terrorçu ələ keçirilib.