Roma Papası Ukraynanı danışıqlar masasına oturmağa çağırdı

“Ukrayna tərəfi Rusiya ilə danışıqlara razı olmalıdır”.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk İsveçrə telekanallarından birinə müsahibəsində deyib.

 

“Mən hesab edirəm ki, vəziyyətin gedişatını görən, insanları düşünən, ağ bayraq qaldırıb danışıq aparmağa cəsarəti olan tərəf daha güclüdür”, - deyə Papa Fransisk bildirib. 

 

O hesab edir ki, bu gün beynəlxalq güclərin köməyi ilə danışıqlar aparmaq mümkündür.

 

““Danışıqlar” cəsarətli sözdür. Uğursuz olduğunuzu, işlərin pis getdiyini görəndə, danışıqlar aparmaq üçün cəsarətiniz olmalıdır”, - deyə Papa Fransisk vurğulayıb.


Roma Papası bu məsələdə vasitəçilik etməyə hazır olduğuna da eyham vurub. Belə ki, jurnalist vasitəçilik etməyə hazır olub-olmadığını soruşduqda, Fransisk deyib: “Mən buradayam”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.