Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) güclü tufan başlayıb. Dubayda səma qaralıb və küçələri su basıb, bu çox nadir hallarda baş verir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, güclü yağışlar nəticəsində bəzi qonşu şəhərlərdə də daşqınlar qeydə alınıb. Yağan leysan səbəbindən Dubayda hava və dəniz nəqliyyatı, bəzi ərazilərdə isə ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Məktəblər və dövlət qurumları distant şəkildə fəaliyyət göstərir. Bəzi evləri və iş yerlərini su basıb. Marketlər və parklar bağlanıb.